Lənkəranın məşhur "Samovar"ı yandı
Lənkəranda güclü yanğın baş verib. APA TV-nin bölgə müxbiri xəbər vrir ki, Hadisə ötən gün azşam saatlarında rayonun Göyşaban dairəsində yerləşən “Samovar” restoranında qeydə alınıb. Yanğının söndürülməsi üçün hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Onların səyləri nəticəsində güclü alovun “Xalq sənətkarlığı şəhərciyi”ndəki kotteclərə keçməsinin qarşısını almaq mümkün olub. Restoran isə yanaraq yararsız vəziyyətə düşüb. İlkin versiya kimi yanğının iaşə obyektinin mətbəxindəki qaz balonundakı sızmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. FHN Lənkəranda “Samovar” restoranında baş vermiş yanğınla bağlı məlumat yayıb. Məlumata görə, yanğın baş verən birmərtəbəli istirahət mərkəzinin ümumi sahəsi 550 kvadrat metrdir. Yanğın zamanı mərkəzin mətbəxinin və anbarının yanar konstruksiyaları 130 kvadrat metr sahədə yanıb. İstirahət mərkəzinin qalan hissəsi və 40 litrlik qaz balonu yanğından mühafizə olunub.