Prezident Türkiyə səfirliyinə gedərək başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin ölkəmizdəki səfirliyində olub.
APA TV-nin məlumatına görə, dövlət başçısı Türkiyənin IX prezidenti Süleyman Dəmirəlin vəfatı ilə əlaqədar başsağlığı verib.
Prezident İlham Əliyev Süleyman Dəmirəlin fotolarına baxıb, matəm kitabına ürək sözlərini yazıb.