NATO Rusiyanın nüvə raketlərini zənginləşdirməsinə cavab verdi
Polşada ilk dəfə NATO-nun "Noble Jump - çevik hərəkət" təlimləri keçirilib.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, təlimlərdə 9 ölkədən 2 min 100 hərbçi iştirak edib. Sventaşovoye təlim mərkəzindəki hazırlıqları NATO-nun baş katibi Yen Stoltenberq şəxsən izləyib.
Təlimlərdə Ukrayna hadisələrindən sonra qurumun tərkibində yaradılmış xüsusi dəstələrin əməliyyat təcrübələri diqqətlə izlənilib. "Biz Rusiyanı bəyanatlarına görə yox, hərəkətlərinə görə təqib edirik. Son vaxtlar Moskvanın nümayiş etdirdiyi hərəkətlər sülhdən çox uzaqdır. Krımın ilhaqı, Ukraynanın şərqində baş verənlər Şərqi Avropanı narahat etməyə bilməz" - deyə Polşanın müdafiə naziri Tomaş Semonyak bildirib.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin üç gün öncə ölkəsinin qərb sərhədlərini nüvə başlıqlı daha 40 qitələrarası ballistik raketlə gücləndirəcəyini bəyan edib.