Radik İsayev qızıl medal qazandı - VİDEO
Azərbaycan taekvondoçusu Radik İsayev Avropa Oyunlarının qalibi olub. 80 kiloqram çəki dərəcəsində mübarizə aparan dünya çempionumuz qızıl medal uğrunda görüşdə rusiyalı Vladislav Larinlə qarşılaşıb. Bərabər səviyyədə keçən görüşdə Radik İsayev ağıllı taktika nümayiş etdirib və yekundan 4:3 hesabı ilə qalib gəlib. Qələbə qazandıqdan sonra Azərbaycan bayrağına bürünən Radik isayev arenada dövrə vurub və tamaşaçıları salamlayıb. Radik İsayev finalda qalib gəlməklə Azərbaycan idmançılarının qazandıqları medalların sayını 30-a çatdırıb. İsayevin medalı idmançılarımızın əldə etdiyi sayca 13-cü qızıl medaldır.
Qeyd edək ki, bu gün Avropa Oyunları çərçivəsində taekvondo yarışlarına yekun vurulub. Səkkiz çəki dərəcəsində keçirilən yarışlarda Azərbaycan taekvondoçuları 3 qızıl, 1 gümüş, 1 bürünc medal qazanıblar.