Xaçmazda 2 avtomobil toqquşub

Ötən axşam Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Qəza Xaçmaz-Quba yolunun 8-ci kilometrliyində, rayonun Ağyaz kəndi ərazisində qeydə alınıb. APA TV-nin şimal bürosundan bildiriblər ki, Qubadan Xaçmaz istiqamətində hərəkətdə olan Mercedes markalı maşın əks istiqamətdə hərəkətdə olan “VAZ 21 012” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ 21 012” markalı nəqliyyat vasitəsinin sürücüsü 1979-cu il təvəllüdlü İsmixanov Elnur müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Vəli Turan