Radik İsayev: “Final matçı mənim üçün çətin keçdi”

“Rəqibimdən revanşı götürmək istəyirdim, çünki bundan öncə iki dəfə ona uduzmuşdum”. Bu fikirləri Avropa Oyunlarında taekvondo üzrə 80 kiloqram çəki dərəcəsində qalib olan Azərbaycanın taekvondo yığmasının lideri Radik İsayev deyib.

 

Avropa Oyunlarında bütün rəqiblərini məğlub edərək, qızıl medala yiyələnən təcrübəli idmançı final matçının onun üçün çətin keçdiyini etiraf edib: “Finaldakı döyüşüm çətin oldu. Çünki rəqib çox güclü idi. Amma şükür Allaha, qalib oldum. Məni dəstəkləyən hamıya, məşqçilərimə təşəkkür edirəm. İndi çox xoşbəxtəm. Bir həftəlik istirahət edəcəm. Anamı və həyat yoldaşımı görmək istəyirəm. Qalibiyyətimi valideynlərimə həsr edirəm”.

 

Qeyd edək ki, Radik İsayev Avropa Oyunları öncəsi Rusiyanın Çelyabinsk şəhərində keçirilən dünya çempionatında da qızıl medal qazanıb.

 

Müəllif | Apa.Tv