Rusiyada evdən qaçan 19 yaşlı qız İŞİD-ə qoşuldu
Rusiyada evdən qaçan 19 yaşlı qızın İŞİD terror qruplaşmasına qoşulduğu məlum olub.
APA TV-nin məlumatına görə, paytaxt Moskvada ticarət mərkəzində satıcı işləyən 19 yaşlı Patima Abdullayevə yoxa çıxıb.
Ailəsi polisə müraciət edib. Araşdırmalar nəticəsində məlum olub ki, əslən Dağıstandan olan Patima Türkiyə-Suriya sərhədini keçərək İŞİD sıralarına qoşulub. Gənc qızın valideynləri kömək üçün hüquq-mühafizə orqanlarına müraciət ediblər. Məlum olub ki, 19 yaşlı qız Moskvadan Türkiyəyə, oradan da Suriyaya keçib.
Qeyd edək ki, bu, Rusiyada gənc qızların İŞİD-ə qoşulması ilə bağlı üçüncü faktdır.