Azərbaycanın bölgələrində şimşək çaxacaq, qısa müddətli yağış yağacaq
İyunun 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA TV-yə verilən xəbərə görə, səhər bəzi yerlərdə zəif duman olacaq.
Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 20-24, gündüz 28-33 dərəcə isti olacaq. Abşeron çimərliklərində dəniz suyunun temperaturu 22-25 dərəcə isti olacaq.
Sabah bölgələrdə hava şəraitinin əsasən yağmursuz, lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 34-38, dağlıq və dağətəyi rayonlarda gecə 13-18, gündüz 23-28 dərəcə isti olacağı gözlənilir.