Bakıda dəhşət: 16 yaşlı qız özünü dənizə atdı

Bakıda 16 yaşlı qız özünü dənizə atıb.

 

Lent.az-ın xəbərinə görə, gecə saat 01:00 radələrində Beyləqan rayonunun Yuxarı Çəmənli kənd sakini, 1999-cu il təvəllüdlü Əliyeva Aysu Sakit qızı (ad və soyad şərtidir) Dənizkənarı Milli Parkda Saat Qülləsinin yaxınlığında özünü dənizə ataraq intihara cəhd edib. 16 yaşlı qız FHN-nin əməkdaşları tərəfindən xilas olunub. 

 

İlkin araşdırmalardan sonra məlum olub ki, 16 yaşlı qız bir neçə gün əvvəl yaşadığı rayonda ailə-məişət münaqişəsi zəminində atası və qardaşı tərəfindən döyülüb. Bundan sonra o, Bakıya qaçıb və özünü öldürməyə çalışıb.

 

Faktla bağlı araşdırmalar aparılır.

Müəllif | Apa.Tv
Apa.tv