Avropa Oyunlarının qalibi Rəsul Çunayev doğulduğu Balakəndə təntənə ilə qarşılanıb
Bu gün Balakəndə I Avropa Oyunlarının qalibi, yunan-Roma güləşi üzrə çempion Rəsul Çunayevin təntənəli qarşılanma mərasimi keçirilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, milli musiqi və rəqslərimizin müşayiəti altında gül-çiçək və coşğu ilə qarşılanan idmançımız ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər çiçəklər qoyub.
Avropa Oyunlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxan Rəsul Çunayev üzərinə düşən məsuliyyəti əvvəldən dərk etdiyini, ölkə prezidenti tərəfindən təltif olunmağın fəxr və həyəcanını hələdə yaşadığını bildirib.
Qeyd edək ki, mərasim sabah Rəsul Çunayevin doğulduğu Qabaqçöl qəsəbəsində davam edəcək.