Rusiya Prezident Administrasiyasının rəhbəri: "Bizim NATO-dan fərqimiz..."

"Şanxay Əməkdaşlıq Təşkilatı iqtisadi ittifaqdır, bu təşkilatı NATO-dan fərqləndirən amil də məhz budur". APA TV-nin "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin administrasiya rəhbəri Sergey İvanov bildirib. O, nüvə dövlətləri olan Hindistan və Pakistanın da təşkilata qoşulmaq imkanları barədə də danışıb.

 

Rusiya prezidenti Vladimir Putin də öz çıxışlarında dəfələrlə Pakistan və Hindistanın qurumda təmsil olunma şanslarını yüksək qiymətləndirib. O da Şanxay Əməkdaşlıq Təşkilatının NATO kimi hərbi birlik yox, iqtisadi maraqlara xidmət edəcək bir ittifaqa çevrilməsinin tərəfdarı olduğunu dilə gətirib. Gələn ay Başqırdıstanın Ufa şəhərində keçiriləcək sammitdə Hindistan və Pakistanın bu addımı atacaqları gözlənilir. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatında Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan təmsil olunurlar. Monqolustan, Hindistan, İran, Pakistan, Əfqanıstan isə təşkilatda müşahidəçi statusundadırlar. Hindistan və Pakistan ötən il qurumda rəsmən təmsil olunmaq üçün müraciət ediblər. İranın da bu addımı atacağı istisna olunmur. 

Müəllif | Apa.Tv
Apa.tv