Tovuzda iki qadını ilan sancıb

Tovuzda iki ilan sancma hadisəsi qeydə alınıb.


APA-nın qərb bürosunun məlumatına görə, rayonun Düz Qırıqlı kənd sakini, 1976-cı il təvəllüdlü Xəyalə Tanrıverdiyeva sol əlin ilan sancması yarası ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Tibbi yardım göstərilsə də, vəziyyəti ağır olduğundan Respublika Toksikologiya Mərkəzinə göndərilib. Məlumata görə, X. Tanrıverdiyeva əkin sahəsində işləyərkən ilan onu sancıb.

 

Digər ilan sancma hadisəsi isə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Kənd sakini, 1970-ci il təvəllüdlü Sveta Poladova da təsərrüfatında işləyərkən ilan onun sol ayağından sancıb.  Xəstəxanaya yerləşdirilən 45 yaşlı qadının vəziyyətinin normal olduğu bildirilir.

 

Tovuz Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, son bir ayda rayonda 7 nəfəri ilan sancıb.

Müəllif | Apa.Tv
Apa.tv