Tovuzda ağ toyuq qara yumurtlayıb - REAL GÖRÜNTÜ
Tovuzda ağ toyuq qara yumurta yumurtlayıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, maraqlı hadisə rayonun mərkəzində Çiçək Hüseynova məxsus təsərrüfatında baş verib.
İlk yumurta kəndlilərə inandırıcı gəlməsə də, növbəti günlərdə toyuq qara yumurtaların sayını artırıb. Toyuğun sahibi Çiçək Hüseynova bildirib ki, qara yumurta qoyan bu toyuğu 2 ildən artıqdır saxlayır.
Onun sözlərinə görə, 15 gündür ki, ağ toyuq 10-a yaxın qara yumurta yumurtlayıb. İlk dəfədir belə hala rast gəldiyini deyən toyuq sahibi ev quşunun yumurtasından istifadə etmədiklərini bildirib.
Rayon sakinləri toyuğun qara rəngdə yumurtlamasını qeyri-adi hal kimi qarşılasalar da, mütəxəssislər bunun səbəbini toyuğun orqanizmində olan çatışmazlıqlarla əlaqələndirirlər. Baytarlar bildirir ki, ev quşunun hər hansı orqanında yaranan problemlər bu cür hallara səbəb ola bilər.