Stepkonun 4-cü, Azərbaycanın 32-ci medalı...

Bakıda keçirilən I Avropa Oyunlarında Azərbaycan növbəti medalını qazanıb.

 

APA TV-nin xəbərinə görə, idman gimnastikası yarışlarında gimnastımız Oleq Stepko dayaqla tullanmada 3-cü yeri tutaraq, növbəti dəfə fəxri kürsüyə yüksəlib. Bu bürünc medal onun Bakı-2015-də 4-cü, yığmamızın 32-ci mükafatı olub.

 

Hakimlər idmançımızın ilk cəhdini 14,933, 2-ci yanaşmasını 15,000 xalla qiymətləndirib. Ümumi nəticədə 14,966 xal yığan Stepko ukraynalı Oleq Vernyayev (15,266) və hollandiyalı Kazimir Şmidtdən (15,166) geri qalıb.

Müəllif | Apa.Tv
Apa.tv