Bu da 14-cü qızıl medalımız

Bakıda keçirilən I Avropa Oyunlarında Azərbaycan 14-cü qızıl medalını qazanıb.

 

APA TV-nin xəbərinə görə, idman gimnastikası yarışlarında gimnastımız Oleq Stepkonun sonuncu çıxışı paralel qollara təsadüf edib. 15,733 xal qazanan Stepko bütün rəqiblərini qabaqlayaraq, çempion tituluna yiyələnib.

 

Fəxri kürsünün ən yüksək pilləsinə qalxan gimnastımız özünün ümumilikdə 5-ci medalına sahib çıxıb. Oleq Avropa Oyunlarını 1 qızıl, 2 gümüş və 2 bürünc mükafatla başa vurub. Bu, yığmamızın 14-ü qızıl olmaqla, 33-cü medalıdır.

Müəllif | Apa.Tv
Apa.tv