Mursi ilk dəfə edam məhkumu geyimində

Misirin çevriliş yolu ilə hakimiyyətdən uzaqlaşdırılan sabiq prezident Məhəmməd Mursi Qətərin lehinə casusluq ittihamı ilə mühakimə olunduğu məhkəməyə ilk dəfə qırmızı rəngli edam məhkumu geyimində gətirilib.

 

APA TV-nin xəbərinə görə, bundan əvvəl başqa cinayət işi üzrə edam cəzasına məhkum edilmiş Məhəmməd Mursi edam geyimində şüşə qəfəsə girərkən digər müttəhimlər ona dəstək şüarları səsləndiriblər.

 

Misirin həbsxanalarla bağlı qaydalarına görə, barəsində hələ hökm olmayan müttəhimlər məhkəmə proseslərinə ağ, hökm çıxarılanlar mavi, edam cəzası verilmiş müttəhimlər isə qırmızı geyimdə gətirilir.

Müəllif | Apa.Tv
Apa.tv