Sərxoş şəxs bıçaqlandı
Dünən axşam Xaçmaz rayonunda bıçaqlanma hadisəsi baş verib. APA TV-nin məlumatına görə, rayonun Qaraquttu kənd sakini 30 yaşlı Hacıyev Mübariz İsrafil oğluna naməlum şəxs və ya şəxslər xəsarət yetirib. O, dərhal Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Xəsarət alan şəxs hadisə zamanı sərxoş olub. Xaçmaz rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ilə bağlı hələ ki saxlanılan yoxdur. 30 yaşlı şəxsi bıçaqlayan şəxsin və ya şəxsləri axtarışları davam etdirilir. Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.