ABŞ-da daha iki silahlı insident: ölən və yaralananlar var

ABŞ-ın Çarlson şəhərindəki kilsədə baş verən qətliamdan dörd gün keçməmiş ölkənin başqa bir bölgəsində də insan ölümü ilə nəticələnən silahlı insidentlər yaşanıb.

 

APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Detroyt şəhərindəki basketbol meydançalarından birində 20 yaşlı şəxs özləri üçün əyləncə təşkil edən qonşulara atəş açıb. Nəticədə 1 nəfər ölüb, 9 nəfər yaralanıb.

 

Yaralılardan birinin yaşamaq şansı azdır. Polisin məlumatına görə, silahlı şəxslə həmin qonşulardan birinin arasında narazılıq olub.

 

Başqa bir oxşar hadisə isə Filadelfiyada qeydə alınıb. Naməlum silahlı istirahət etmək üçün piknik təşkil edən insanları gülləbaran edib. Nəticədə 7 nəfər yaralanıb, onlardan ikisi azyaşlıdır. Hadisənin səbəbləri məlum deyil.

 

Cinayəti törədən şəxslərdən hələlik heç birini yaxalamaq mümkün olmayıb.

Müəllif | Apa.Tv
Apa.tv