Boksçumuz Tayfur Əliyev yarımfinalda!

Azərbaycanın boks yığmasının üzvü, 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev Avropa Oyunlarında medal qazanmaq şansını artıq təmin edib.

 

APA TV-nin xəbərinə görə, ilk qarşılaşmasında rumıniyalı Nikolae Andreiananı mübarizədən kənarlaşdıran Avropa çempionatının gümüş mükafatçısı Tayfur Əliyev 1/4 finalda Danimarka idmançısı Frederik Yansenlə üz-üzə gəlib.

 

Əliyev hər üç raundda rəqibindən üstün olaraq yarımfinala vəsiqəni təmin edib. Boks yarışlarının reqlamentinə əsasən, yarımfinala vəsiqə qazanmış idmançı ən azı bürünc medal qazanmış sayılır.

Müəllif | Apa.Tv
Apa.tv