"Taliban" Əfqanıstan parlamentinə hücum etdi

Əfqanıstanın paytaxtı Kabil şəhərində silahlı şəxslər parlament binasına hücum edib.

 

APA TV-nin “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bir neçə partlayış törədildikdən sonra parlamentin binası atəşə tutulub.

 
Hüquq-mühafizə orqanlarının əməkdaşları deputatları və jurnalistləri binadan təxliyə ediblər.

Hücuma görə məsuliyyəti “Taliban” öz üzərinə götürüb.


Hökumət qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində silahlı hücumu təşkil edən 8 nəfərlik dəstənin bütün üzvləri məhv edilib. 21 nəfər dinc sakinin yaralandığı deyilir. Onlardan beşi qadın, üçü azyaşlıdır.


Bu arada Əfqanıstan ordusu "Taliban"a qarşı hücuma keçib. Məqsəd terrorçuların əlində olan Çardar rayonunu geri almaqdır. Çardar Qunduz şəhərinin bir neçə kilometrliyində yerləşir və strateji ərazi hesab olunur. Hökumət mənbələri "Taliban"ın nəzarətində olan Bədəxşan vilayətinin Yumqan rayonunun terrorçulardan təmizləndiyini də bildirirlər.

Müəllif | Apa.Tv
Apa.tv