Samboçu Nəzakət Xəlilovadan final məğlubiyyəti və gümüş medal!
Azərbaycan samboçuları Avropa Oyunlarında ilk medalı qazanıblar. Medalı ölkəmizə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Nəzakət Xəlilova qazandırıb. Final görüşündə Rusiya samboçusu Anna Xaritonova ilə qarşılaşan samboçumuz 0:5 hesabı ilə uduzaraq gümüş medalla kifayətlənib.
Xatırladaq ki, bu, yığmamızın Avropa Oyunlarında qazandığı 36-cı mükafatdır.