İslam Qasımov finalda rusiyalı samboçuya məğlub oldu - GÜMÜŞ MEDAL
Azərbaycanın Avropa Oyunlarında qazandığı medalların sayı 37-yə çatıb. Sambo üzrə yarışlarda 57 kiloqram çəki dərəcəsində mübarizə aparan İslam Qasımov final görüşündə rusiyalı Aymerqen Atkunovla qarşılaşıb. Samboçumuz həlledici görüşdə qızıl medal qazanmaq şansını son anda əldən verib və məğlub olaraq gümüş mükafat qazanıb. Bundan əvvəl qadınlar arasında 52 kiloqram çəki dərəcəsində mübarizə aparan samboçumuz Nəzakət Xəlilova da yalnız finalda uduzaraq gümüş medal qazanmışdı.