Amil Qasımov final görüşündə ağır zədələndi - VİDEO
Daha bir Azərbaycan samboçusu qızıl medal qazanmaq fürsətini əldən verib. Gəncə sambo məktəbinin yetirməsi, 74 kiloqram çəki dərəcəsində mübarizə aparan Amil Qasımov qızıl medal uğrunda görüşdə Belarus təmsilçisi Stepan Popovla qarşılaşıb. Döyüş idmançımızın məğlubiyyəti ilə yekunlaşıb. 1:3 hesabı ilə uduzan samboçumuz Avropa Oyunlarının gümüş mükafatçısı olub. Amil Qasımov final görüşündə ağır zədə alıb və rəqibi onu belinə alaraq meydançadan çıxarıb.
Qeyd edək ki, bu, sambo komandamızın 3-cü gümüş medalıdır. Bu medalla Azərbaycan idmançılarının Avropa Oyunlarında qazandığı mükafatların sayı 38-ə çatıb.