Boks: Teymur Məmmədov da yarımfinalda!
Avropa Oyunlarında çıxış edən Azərbaycanın boks yığmasının daha bir üzvü yarımfinala vəsiqəni təmin edib. 81 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Teymur Məmmədov ¼ final görüşündə Hollandiya təmsilçisi Peter Mullenberqlə qarşılaşıb. Görüş təmsilçimizin üstünlüyü ilə başa çatıb, hər üç raunddan qalib çıxan Teymur Məmmədov yarımfinala vəsiqəni və ən azı bürünc medalı təmin etmiş olub. Boksçumuzun yarımfinaldakı rəqibi artıq məlumdur. Teymur finala çıxmaq üçün rusiyalı Pavel Silyaginlə üz-üzə gələcək.
Xatırladaq ki, bundan əvvəl boksçularımızdan Tayfur Əliyev və Elvin Məmişzadə də yarımfinala vəsiqə qazanıblar.