Dördüncü boksçumuz da yarımfinala yüksəldi - VİDEO
Azərbaycanın boks yığmasının lideri Məhəmmədrəsul Məcidov da yarımfinala vəsiqə qazanıb. 91 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançıların yarışında 1/8 finalda Gürcüstan təmsilçisi Mixail Baxtidzeyə qalib gələn Məcidov 1/4 finalda türk boksçu Ali Dəmirəzənlə qarşılaşıb. Hər üç raundda rəqibindən üstün olan boksçumuz yarımfinala vəsiqəni təmin edib. Qeyd edək ki, bu gün ¼ final görüşlərində rinqə çıxan 5 boksçumuzdan 4-ü yarımfinalda çıxış etmək hüququ qazanıblar. Məhəmmədrəsul Məcidovdan öncə Tayfur Əliyev, Elvin Məmişzadə və Teymur Məmmədov yarımfinala yüksəlməklə ən azı bürünc medal qazanmağı təmin etmiş olublar.