Samboda dördüncü gümüş medal! Səfərbəyov da finalda uduzdu
Azərbaycanın sambo yığması Avropa Oyunlarında çıxışını başa vurub. Səkkiz çəki dərəcəsində mübarizə aparan samboçularımızdan 4-ü finala yüksəlib, 3 samboçumuz isə bürünc medal uğrunda mübarizə aparmaq şansı qazanıb. Təəssüf ki, finalda çıxış edən samboçularımızın hamısı rəqiblərinə məğlub olaraq gümüş medalla kifayətləniblər. 100 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Vasif Səfərbəyovun finalda rəqibi rusiyalı Artyom Osipenko olub. Osipenko təmiz qələbə qazanaraq qızıl medal qazanıb, məğlub olan Səfərbəyov gümüş medalla kifayətlənib.
Bürünc medal uğrunda mübarizə aparan samboçularımızdan heç biri üçüncülük görüşündə qalib gələ bilməyiblər.
Qeyd edək ki, Vasif Səfərbəyovun qazandığı gümüş medal sambo yığmamızın 4-cü, Azərbaycan yığmasının isə sayca 39-cu medalıdır.