Vasif Səfərbəyov: “Finalda adi səhv ucbatından məğlub oldum”
“Gənclər arasında Avropa çempionu, iki dəfə Avropa üçüncüsü olmuşdum. Avropa Oyunlarında qazandığım gümüş medal daha əhəmiyyətlidir. Tək mənim üçün yox, bütün komanda üçün bu, fəxrdir”. Bu fikirləri I Avropa Oyunlarının gümüş mükafatçısı, samboçumuz Vasif Səfərbəyov deyib.
Səfərbəyov bildirib ki, final görüşündə ani səhv ucbatından məğlub olub: “Dözümüm çatmadığı üçün həmin səhvə yol verdim. Buna görə də, finalda məğlubiyyətlə üzləşdim”.
Qeyd edək ki, samboçuların yarışında +100 kq çəki dərəcəsində mübarizə aparan Səfərbəyov finalda Rusiya təmsilçisi Artyom Osipenkoya məğlub olaraq, gümüş medal qazanıb.