Gümüş medalçı İslam Qasımov: “Alınmayanda, alınmır”
“Mən dünya və Avropa çempionu olmuşam. İdmanda belə şeylər olur. İstərdim ki, öz ölkəmdə qızıl medal qazanım”. Bu fikirləri Avropa Oyunlarında gümüş mükafat qazanan Azərbaycan samboçusu İslam Qasımov deyib.
Qasımov qeyd edib ki, qarşılaşdığı rəqiblər o qədər də güclü olmayıb:
“Finaldakı rəqibimlə bundan əvvəl iki dəfə qarşılaşmışdım və onu məğlub etmişdim. Bu dəfə alınmadı. Belə oldu. Alınmayanda alınmır”.
Qeyd edək ki, kişilərin yarışında 57 kq çəki dərəcəsində mübarizə aparan İslam Qasımov finalda Rusiya təmsilçisi Aymerqen Atkunova məğlub olaraq gümüş medalla kifayətlənib.