Dünya çempionunu bıçaqlayıb öldürdülər

Boks üzrə keçmiş dünya çempionu aldığı bıçaq zərbəsindən dünyasını dəyişib.

 

APA TV-nin məlumatına görə, meksikalı sabiq dünya çempionu Xuan Xose Estrada ilə qohumları arasında mübahisə yaşanıb. Nəticədə onlardan biri Estradaya bıçaqla zərbə yetirib. Daha sonra isə vəziyyətinin ağır olduğunu görüb onu xəstəxanaya çatdırıblar.

 

Hadisə Tixuanedə - boksçunun evində baş verib. Həkimlərin sözlərinə görə, sabiq idmançı xəstəxanaya gətiriləndə artıq ölmüş vəziyyətdə olub.

 

Qeyd edək ki, 51 yaşlı sabiq boksçu 2005-ci ildə qeyri-qanuni narkotik fəaliyyəti ilə məşğul olduğu üçün həbs edilib. Son vaxtlar o, zibilyığan işləyirmiş.

 

Müəllif | Apa.Tv
Apa.tv