İraqda İŞİD liderlərindən biri məhv edildi
ABŞ-ın Hərbi-Hava Qüvvələri “İslam dövləti” (İŞİD) qruplaşmasının liderlərindən biri Əli Əl-Hərzini məhv edib.
APA TV-nin məlumatına görə, bu barədə ABŞ Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilir.
Məlumata əsasən, terrorçu İraqın Mosul şəhərində hava zərbəsi nəticəsində məhv edilib.
Açıqlamada qeyd olunur ki, Əli Əl-Hərzi 2012-ci ildə Liviyanın Benqazi şəhərindəki ABŞ diplomatik nümayəndəliyinə edilən hücumun iştirakçısı olub.
Xatırladaq ki, o zaman ABŞ-ın Tripolidəki səfiri Kristofer Stivens daxil olmaqla, 4 ABŞ vətəndaşı öldürülmüşdü.