Heydər Əliyev prospektində qəza: 3 ölü, 2 yaralı

Bakının Heydər Əliyev prospektində baş verən yol qəzasında 3 nəfər ölüb.

 

APA TV-nin məlumatına  görə, “Ford Tranzit” markalı avtomobil “Mercedes” markalı maşınla toqquşub. Nəticədə 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə qüvvəsi və polis əməkdaşları gəlib. Avtomobildə sıxışmış vəziyyətdə qalan meyitlər FHN-in əməkdaşları tərəfindən xüsusi alət və avadanlıq vasitəsilə çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Yaralılar isə dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Hazırda ölən və yaralananların adları dəqiqləşdirilir.

 

Müəllif | Apa.Tv
Apa.tv