Boksçumuz Albert Səlimov yarımfinalda!
Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir.
APA TV-nin xəbərinə görə, kişilərin mübarizəsində 60 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Albert Səlimov bu dəfə bolqarıstanlı Dmitri Elian ilə döyüşüb.
Qarşılaşma əvvəlki mərhələdə erməni əsilli Gürcüstan təmsilçisi Otar Eranosyana qalib gələn təmsilçimizin xeyrinə başa çatıb. WSB liqasından Rio-2016-ya lisenziya qazanan Səlimov hər 3 raundda rəqibini məğlub edib – 3:0 (30:27; 30:27; 30:27).