Dünyanın ən çirkin kişisi səkkizinci dəfə ata oldu
Uqanda vətəndaşı, dünyanın ən çirkin kişisi elan olunan şəxs səkkizinci dəfə ata olub.
APA TV-nin "Vesti.az"a istinadən verdiyi məlumata görə, 47 yaşlı Qodfri Baqumanın həyat yoldaşı, 30 yaşlı Keyt Namanda dünyaya qız uşağı gətirib. Bu, cütlüyün 6-cı övladıdır.
Qodfri Baqumanın bundan əvvəlki nikahından da iki övladı var. Tibbə naməlum olan xəstəlikdən əziyyət çəkən Baquma pinəçidir. O, dünyanın ən çirkin kişisi titulunu 2002-ci ildə qazanıb. Baquma bu titulu ailəsini daha yaxşı dolandırmaq məqsədilə qəbul etdiyini bildirib. Qodfri arabir müğənnilik də edir və hətta özünə səhnə üçün Ssebabi təxəllüsünü seçib.
Qodfri Baquma birinci həyat yoldaşından ona xəyanət etdiyi üçün ayrıldığını deyib. Keyt Namandanın arxasınca isə çox süründüyünü etiraf edib. "Mən utanırdım, axı o gözəldir. Sonra biz daha tez-tez görüşməyə başladıq. Biz bu görüşləri adətən hava qaralandan sonraya təyin edirdik. Çünki bu dəfə mən öz zahiri görünüşümdən utanırdım. Bunun səbəbi isə Keyt deyildi, mən insanlardan utanırdım. Axı mən ona o qədər də yaraşmıram. Qorxurdum ki, onu qınayarlar" - deyə Qodfri etiraf edib. Amma bütün bunlara rəğmən, cütlük bir dəfə ayrılıq yaşayıb. Yalnız onların ilk övladları dünyaya gələndən sonra Keyt Qodfrinin yanına qayıdıb.
Keyt Namanda da hazırda xoşbəxt olduğunu bildirib. "Əgər səni ürəkdən sevən bir kişiyə rast gəldiyini duyursansa, onun bütün kaprizlərinə dözməlisən və deyilənləri dinləməməlisən. Ürəyin varsa, yalnız öz ürəyinin səsini eşitməlisən. Məncə, xoşbəxtliyin yolu da budur" - deyə 30 yaşlı 6 uşaq anası əlavə edib.