Daha bir boksçumuz yarımfinalda
Bakı-2015 I Avropa Oyunlarında boks yarışlarının 1/4 final mərhələsi davam edir.
64 kq çəki dərəcəsində ölkəmizi təmsil edən Lorenzo Sotomayorun yarımfinal yolunda rəqibi Daniel Nikulesku (Rumıniya) olub. 1/4 finala qədər Dmitri Qalaqot (Moldova) və Edin Seydinoviçi (Sloveniya) mübarizədən kənarlaşdıran Kuba əsilli idmançımız üçüncü döyüşünü də qələbə ilə başa vurub. O, Nikuleskunu 3:0 (29:28; 29:28; 30:27) hesabı ilə məğlub edib.
Yarımfinala yüksəlməklə bürünc medalı özünə təmin edən Sotomayor bu mərhələdə Viktor Petrovu (Ukrayna) sınağa çəkəcək. Qarşılaşma iyunun 25-də saat 14:15 olacaq.