Oğuzda 53 yaşlı kişi özünü asdı

Oğuz rayonunda 53 yaşlı kişi intihar edib. APA TV-nin Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə Oğuz şəhərində qeydə alınıb.

 

Oğuz şəhər sakini, 1962-ci il təvəllüdlü Məhəmməd Səfər oğlu Hüseynovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından asılmış vəziyyətdə övladları tərəfindən aşkar edilib.

 

Hadisə yerinə çağırılmış hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardıqları araşdırma zamanı 53 yaşlı Məhəmməd Hüseynovun intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, mərhum 2 il əvvəl həyat yoldaşını, 1 il əvvəl isə 16 yaşlı qızını vaxtsız itirdikdən sonra depressiyaya düşərək qapalı həyat tərzi keçirib. Onun üç övladı var.

 

Faktla bağlı Oğuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Apa.tv