İŞİD Palmiranı partlatmağa başladı
İŞİD terrorçuları Suriya ərazisindəki tarixi şəhər olan Palmirada iki antik abidəni partladıb.
APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, xəbəri rəsmi Dəməşq təsdiqləyib.
Xatırladaq ki, bir neçə gün öncə silahlı qruplaşmanın üzvləri Palmiradakı antik abidələri minalamağa başlayıblar. Babil çarı Solomon tərəfindən salınan Palmira şəhərini İŞİD terrorçuları bir neçə ay əvvəl ələ keçiriblər. Şəhər dünyanın açıq muzeylərindən biridir. Palmirada antik abidələr, qədim Roma mədəniyyətinə aid tikililər və küçələr, məşhur tağbənd və kolonnada, amfiteatr və Yupiter məbədi günümüzə qədər qorunub saxlanılıb. Palmira şəhəri bütünlüklə UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib.