Daha bir qadın boksçumuz yarımfinalda!
Daha bir Azərbaycan boksçusu I Avropa Oyunlarının yarımfinal mərhələsinə vəsiqə qazanıb.
APA TV-nin xəbərinə görə, qadınların mübarizəsində 60 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Yana Alekseyevnanın 1/4 finaldakı rəqibi rusiyalı idmançı olub.
Dünya çempionatının finalçısı yarımfinal yolunda Zinayda Dobrinina ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. Boksçumuz rəqibini 3:0 (40:36; 39:37; 39:37) hesabı ilə məğlub edib.
Qeyd edək ki, iyunun 22-də və 23-də Azərbaycan millisinin 9 boksçusu yarımfinala vəsiqə qazanıb.