11-ci boksçumuz yarımfinalda!
Birinci Avropa Oyunlarının yarımfinal mərhələsinə yüksələn Azərbaycan boksçularının sayı 11-ə çatıb.
APA TV-nin xəbərinə görə, 75 kq çəki dərəcəsində mübarizə aparan Xaybuya Musalovun 1/4 finaldakı rəqibi Vitali Bandarenka olub.
Boksçumuz özündən 5 yaş böyük olan belaruslu rəqibini yarışdan kənarlaşdırmaqda çətinlik çəkməyib. Hər 3 raundda (29:28; 30:27; 29:28) üstün döyüşən Musalov layiqli qələbə sayəsində mərhələ adlayıb.