İŞİD-in Ramazan mesajı: “Xristian və müsəlmanlara qarşı hücumları artırın”

İŞİD terrorçuları Ramazan ayında hücumları daha da intensivləşdirmək niyyətindədir.

 

APA TV-nin xəbərinə görə, təşkilatın sözçüsü Əbu Muhammed Adnani müsəlmanlar üçün müqəddəs Ramazan ayında tərəfdarlarından hücumları  artırmasını istəyib.

 

Adnaninin audiomüraciəti internetdə yayılıb. Müraciətdə "Kafirlər üçün faciə vaxtı" ifadəsi yer alıb. Adnani Ramazan ayında xristian, şiə və Qərb koalisiyasında yer alan sünnilərə yönələn hücumların artırılmasını istəyib. İŞİD sözçüsü eyni zamanda Ərəbistan yarımadasında yaşayan ərəblərə səslənərək, "Tiran liderlərinizə qarşı ayağa qalxın!" çağırışı edib.

Müəllif | Apa.Tv
Apa.tv