Boksçumuz Məhəmmədrəsul Məcidov Avropa Oyunlarını bürünc medalla başa vurdu

Azərbaycan boksçusu, +91 kiloqram çəki dərəcəsində yarımfinala yüksələn Məhəmmədrəsul Məcidov I Avropa Oyunlarında çıxışını başa vurub.

 

APA TV-nin xəbərinə görə, nuna səbəb boksçunun 1/4 finalda türkiyəli Əli Dəmirəzənlə görüşdə başından zədələnməsdir. Məcidov bu səbəbdən sabah rusiyalı Qasan Qimbatovla keçirilməli olan yarımfinal döyüşünə çıxmayacaq və rəqib birbaşa finala vəsiqə qazanacaq.

 

Komandamızın məşqçisi Nəriman Abdullayev bildirib ki, həkimlərin rəyinə əsasən, Məhəmmədrəsulun zədəli şəkildə rinqə çıxması təhlükəlidir.

 

Qeyd edək ki, Bakı-2015-də 11 boksçumuz yarımfinalda iştirak hüququ qazanıb. Məhəmmədrəsul Məcidov yarımfinalda çıxış edə bilmədiyi üçün bürünc medalla kifayətlənməli olacaq.

 

Müəllif | Apa.Tv
Apa.tv