Gəncədə piyadanı maşın vurdu

Gəncədə piyadanı maşın vurub. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb.

 

Göygöl rayon sakini, 1988-ci il təvəllüdlü İlkin Həsənov yolu keçmək istəyib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər İlkin Həsənovun vəziyyətinin ağır olduğunu bildiriblər.

 

Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə Yeni Gəncədə fəaliyyət göstərən yanacaqdoldurma məntəqəsinin qarşısında törədilib. Xəsarət alan İlkin Həsənovun elə həmin yanacaqdoldurma məntəqəsində operator işlədiyi bildirir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli