Tayfur Əliyev yarımfinalda uduzdu və bürünc medalla kifayətləndi - VİDEO
Azərbaycanın boks yığması Avropa Oyunlarında ikinci bürünc medalı rəsmiləşdirib. Kişilər arasında 56 kiloqram çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev finala çıxmaq uğrunda döyüşdə rusiyalı boksçu Bəxtovar Nazirovla qarşılaşıb. Yarımfinal görüşü boksçumuz üçün istənilən nəticə ilə yekunlaşmayıb. 2-1 hesabı ilə məğlub olan 18 yaşlı boksçumuz Avropa Oyunlarını bürünc medalla başa vurub.
Qeyd edək ki, bu, boks yığmamızın ikinci rəsmiləşmiş bürünc medalıdır. Bundan əvvəl +91 kiloqram çəki dərəcəsində mübarizə aparan Məhəmmədrəsul Məcidov zədələndiyi üçün həkimlər ona yarımfinal görüşünə çıxmağa icazə verməyiblər. Boks yarışlarının reqlamentinə görə, üçüncülük uğrunda görüş keçirilmir, yarımfinalda məğlub olan boksçular avtomatik olaraq bürünc medala layiq görülürlər.