Boksçumuz Teymur Məmmədov finalda!
Avropa Oyunlarında uğurla çıxış edən boks yığmamızın üzvü Teymur Məmmədov qızıl medal uğrunda mübarizə aparacaq. 81 kiloqram çəki dərəcəsində döyüşən boksçumuz yarımfinal görüşündə Rusiya idmançısı Pavel Silyaginlə qarşılaşıb. Hər üç raundda rəqibindən üstün olan Teymur Məmmədov finala çıxan ilk boksçumuz olub. Sabah keçiriləcək final görüşündə boksçumuzun rəqibi italyan Valentino Manfredoniya olacaq.