Prezident Silahlı Qüvvələrin hərbi qulluqçularına fəxri adlar verdi - SƏRƏNCAM

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına və mülki işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb. APA TV-nin məlumatına görə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsində səmərəli fəaliyyətlərinə, mədəniyyətin, təhsilin, səhiyyənin inkişafındakı xidmətlərinə görə Silahlı Qüvvələrin hərbi qulluqçularına və mülki işçilərinə Azərbaycan Respublikasının fəxri adları verilib.

 

 “Xalq artisti” fəxri adı Tağıyeva Anaxanım Ehtibar qızına, “Əməkdar mədəniyyət işçisi” fəxri adı İmamquliyev Zöhrab Həmzə oğlu və Bayramova Zəminə Məhəmməd qızına,

“Əməkdar müəllim” fəxri adı Həsənova Lalə Sadıq qızı

 və Məmmədov Bayram Heydər oğluna, “Əməkdar həkim”

 fəxri adı Babayev Famil Əlikərəm oğlu,  Əliyev İbrahim Alxan oğlu  və İbrahimov Elxan Paşa oğluna verilib.

Müəllif | Apa.Tv