Ermənistan DİN: Polis etiraz aksiyasını dağıtmağa hazırdır
“İrəvanın mərkəzindəki aksiyanın dinc şəkildə keçiriləcəyi təqdirdə polis güc tətbiq etməyəcək”. APA TV-nin məlumatına görə, bunu Ermənistan DİN-in rəsmisi Unan Poqosyan bəyan edib.
Bununla belə, O.Poqosyan qeyd edib ki, hüquq-mühafizə orqanları istənilən zaman etiraz aksiyasını dağıtmağa hazırdır. Onun sözlərinə görə, aksiya iştirakçılarının bir hissəsi vəziyyəti gərginləşdirməyə cəhd edir. “Bu gün özlərini aqressiv aparan şəxslər peyda olub”, - deyə O.Poqosyan bildirib.
Xatırladaq ki, bir neçə gündür Ermənistanda xalq elektrik enerjisinin qiymətlərinin artırılmasına etiraz edir.