İŞİD Azərbaycan sərhədləri yaxınlığında "vilayət" yaratdı
"İraq Şam İslam Dövləti" terror təşkilatı Şimali Qafqazda öz vilayətini yaratdığını elan edib.
APA TV-nin məlumatına görə, bu barədə İŞİD-in mətbuat katibi Əbu Məhəmməd əl-Adani açıqlama verib.
"Qafqaz vilayəti"nin yaradılması Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar və Qaraçay-Çərkəzdəki silahlı qruplaşmaların İŞİD lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içməsindən sonra elan edilib. Andı Rusiyada qadağan edilmiş "İmarət Qafqaz" qruplaşmasının üzvləri içiblər.
Xatırladaq ki, Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yevgeni Lukyanov İŞİD-in Rusiya üçün təhlükə olduğunu etiraf edib. O xatırladıb ki, İŞİD sıralarında əsasən Şimali Qafqazdan olan 2000-ə yaxın Rusiya vətəndaşı var.