Rusiyada dəhşətli qəza: 16 ölü, 9 yaralı

Rusiyanın Omsk ərazisində dəhşətli qəza baş verib. APA TV-nin  məlumatına görə, avtobusla yük maşınının toqquşması nəticəsində 16 nəfər ölüb.

 

Dəhşətli qəzada daha 9 nəfər ağır yaralanıb.

 

Qəzanın baş vermə səbəbləri və qəza şəraiti araşdırılır. İlkin məlumatına görə, kərpiclə yüklənmiş "KamAZ" markalı yük maşını avtobusa çırpılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv