Anna Əlimərdanova Avropa Oyunlarını bürünc medalla başa vurdu

Azərbaycanın boks yığması Avropa Oyunlarında daha bir medalını rəsmiləşdirib.

 

APA TV-nin xəbərinə görə, qadın boksçularımızdan Anna Əlimərdanova yarımfinal görüşündə Rusiya təmsilçisi Yelena Savelyeva ilə qarşılaşıb.

 

Gərgin keçən döyüşün sonunda qalib gələn Rusiya boksçusu olub. Yelena Savelyeva boksçumuzdan 3:0 hesabı ilə üstün olaraq finala çıxıb. Anna Əlimərdanova isə Avropa Oyunlarını bürünc medalla başa vurub.

 

Bu, boks yığmamızın Avropa Oyunlarında qazandığı üçüncü medaldır. Anna Əlimərdanovadan öncə Məhəmmədrəsul Məcidov və Tayfur Əliyev də bürünc medal qazanıblar. Əlimərdanovanın qazandığı bürünc medal Azərbaycanın komanda hesabında sayca 42-ci medaldır. 

Müəllif | Apa.Tv
Apa.tv