Boksçumuz Elvin Məmişzadə finalda!

Azərbaycanın boks yığmasının üzvü Elvin Məmişzadə Avropa Oyunlarında uğurlu çıxışını davam etdirir.

 

APA TV-nin xəbərinə görə, 52 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz iki ardıcıl qələbədən sonra yarımfinalda çıxış etmək hüququ əldə edib.

 

Finala çıxmaq uğrunda görüşdə Elvin Məmişzadənin rəqibi Almaniya idmançısı Hamza Tuba olub. Hər üç raundda rəqibindən üstün olan boksçumuz qalib gələrək qızıl medallar uğrunda mübarizə aparmaq hüququ əldə edib.

Müəllif | Apa.Tv
Apa.tv