Daha bir boksçumuz finalda! Sotomayor qalib gəldi - VİDEO

Azərbaycan boks yığmasının üzvü Lorenzo Sotomayor Avropa Oyunları çərçivəsində dördüncü qələbəsini qazanıb.

 

APA TV-nin xəbərinə görə, rinqə çıxdığı ilk üç döyüşdən qalib ayrılan boksçumuzun yarımfinalda rəqibi Viktor Petrov olub.

 

Hər üç raundda rəqibindən açıq-aşkar üstün olan Lorenzo Sotomayor qələbəsini rəsmiləşdirərək finala çıxıb. 64 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuzun finaldakı rəqibi  italyan Vinçenzo Manqiakapre olacaq. 

Müəllif | Apa.Tv
Apa.tv